• Proqram Təminatı
  • Əlaqə
  • Blog Posts
Proqrama baxmaq
  • AZ
  • EN
Uncategorized

Yaşayış binaları üçün satış modulu təklif edən 3 proqram təminatı

Oktyabr 21, 2024 Madat Alimadatli No comments yet

Yaşayış binası satışları ilə məşğul olan şirkətlər əməliyyatlarını idarə edərkən bir sıra çətinliklərlə üzləşirlər. Bu çətinliklərə mənzillərin idarə olunması, borcların izlənməsi, satış və mühasibatlıq komandaları arasında düzgün kommunikasiya təmin edilməsi daxildir. Əllə məlumatların daxil edilməsi, müqavilə idarəçiliyi və qərarların vaxtında verilməsi üçün lazımlı dashboardların olmaması prosesi daha da mürəkkəbləşdirir.

Xoşbəxtlikdən, bu ümumi problemləri həll edən müxtəlif həllər mövcuddur. Bu bloqda, bu prosesləri sadələşdirə biləcək və biznes idarəçiliyini yaxşılaşdıracaq üç platformanı—Remartpro, 1C və Winman software—müzakirə edəcəyik.

Yaşayış bina satisi ilə məşğul olan şirkətlər əsasən aşağıdakı problemlərlə üzləşirlər.

  • Menzillerin idarə olunması
  • Borcların vaxta uyğun izlənilməsi və vaxtında yığılması
  • Satış komandasının fəaliyyətləri fərqli yerlərdən izləmə məcburiyyəti, əllə daxil edilməli məlumatlar və bu prosesdə çıxan xətalar
  • Muqavile dovriyyesi
  • Satış və mühasibatlıq arasında daim kommunikasiya məcburiyyəti
  • Hesabatlılıqda boşluqlar və əl ilə ehtiyac olan müdaxilələr
  • Sürətli qərar vermək üçün lazım olan dashboard

Bu problemlərə öz həllərini verən proqramlar.

Remartpro

Remartpro sırf yaşayış binalarının satışı və idarə olunması üçün modullar verir və sırf bu sferanı hədəflədiyi üçün ən kiçik biznes hallarını da artıq Remartpro-da əhatə olunub. 

  • Mənzillərə nəzarət

Remartpro vasitəsilə ilk olaraq mənzillərin siyahısına nəzarət və vəziyyəti saxlamaq üçün şərait yaradılıb. Burda bütün mənzillərinizi rahatlıqla filter edib tapa bilərsiniz.

  • Satış pəncərəsi

Satış pəncərəsində mənzillərin müxtəliş şərtlərlə satışını həyata keçirtmək mümkündür. Satışı tamamladıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri ilə avtomatik müqavilə yaratmaq mümkündür. Əməliyyat tamamlandıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri üçün borclar yaranır.

  • Borclular siyahısı

Borclular siyahısında qarşıdan gələn borcları, vaxtı keçmiş borcları, ödənilmiş məbləğləri və.s kimi detallı məlumatı əldə etmək mümkündür. Bu hissədən isə kassaya keçid etmək mümkündür. 

  • Kassa

Kassadan fərqli hallara uyğun olaraq, qaiməyə görə, qaimədən kənar mədaxil və məxaricləri idarə etmək mümkündür.

  • Platforma daxilində hesabatlar, təsdiq əməliyyatları, media materialları və bu kimi biznes hallarını rahatlaşdıran funksionallıqlar mövcuddur

Daha detallı məlumat üçün bu linkdən əlaqə saxlaya bilərsiniz.

1C

1C, ehtiyaclarınıza uyğunlaşa bilən blok formatında çalışan bir proqramdır. Remartpro əvvəlcədən əmlak sektoruna uyğunlaşdırılmış halda təqdim edilsə də, 1C-də sizin xüsusi tələblərinizə uyğun fərdiləşdirilmə aparılmalıdır.

Platforma, satışların idarə olunması, müqavilə idarəçiliyi və maliyyə izlənməsi kimi bir çox funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Lakin 1C ümumi bir sistem olduğu üçün xüsusi həllərin yaradılması tələb olunur. Bu proses həm vaxt, həm də maliyyət tələb edir və tam uyğunlaşdırılmış həllin tətbiqi adətən 6-12 ay vaxt aparır.

Çox spesifik əməliyyat prosesləri olan və tam fərdiləşdirilmiş həllə ehtiyacı olan şirkətlər üçün 1C güclü bir vasitədir. Lakin, tam tətbiqin həyata keçirilməsi üçün tələb olunan xərc və vaxt sərmayəsini nəzərə almaq vacibdir.

Winman software

Winman software də əmlak sektoruna uyğunlaşmış bir həll təqdim edən genişmiqyaslı bir platformadır. O, mənzillərin siyahısı, müqavilə idarəçiliyi, satış izlənməsi və maliyyə hesabatları kimi modulları əhatə edir, tıpkı Remartpro kimi.

Lakin Winman xüsusilə digər platformalarla inteqrasiya imkanı və iş axınlarının fərdiləşdirilməsi ilə fərqlənir. Bu platforma əmlak şirkətlərinə müqavilə yaradılması və ya satış metriklərinin izlənməsi kimi təkrarlanan tapşırıqları avtomatlaşdırmaq imkanı verir. Winman ilə prosesləri biznesinizin böyüməsinə və dəyişən ehtiyaclarına uyğun şəkildə tənzimləmək mümkündür.

Winman, müəyyən bir miqdarda fərdiləşdirmə tələb etsə də, biznesinizin böyüməsi ilə birlikdə miqyaslana bilən bir platformadır. Uzunmüddətli böyüməni hədəfləyən və çevik, uyğunlaşa bilən bir həll axtaran şirkətlər üçün Winman möhkəm bir həll təqdim edir.

  • bina satis idare etmesi
  • bina satis modulu
  • bina satış idarə etməsi
  • bina satış modulu
  • satisi idare etmek ucun proqram
  • satisin idare olunmasi
  • satisin idare olunmasi proqram
Madat Alimadatli

Yazı naviqasiyası

Next

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

Categories

  • Uncategorized (2)

Recent posts

  • Mənzil satışı biznes proseslərin avtomatlaşdırılması
  • Yaşayış binaları üçün satış modulu təklif edən 3 proqram təminatı

Tags

bina satis idare etmesi bina satis modulu bina satış idarə etməsi bina satış modulu biznes proseslerinin avtomatlasdirilmasi crm satisi idare etmek ucun proqram satisin idare olunmasi satisin idare olunmasi proqram satis proseslerinin avtomatlasdirilmasi

Related posts

Uncategorized

Mənzil satışı biznes proseslərin avtomatlaşdırılması

Oktyabr 28, 2024 Madat Alimadatli No comments yet

Biznes proseslərinin avtomatlaşdırılması… Qulağa gözəl səslənir. İlk öncə ordan başlamaq lazımdır ki, tikintidə biznes proseslərini avtomatlaşdırılması iki ehtiyacdan yaranır.  Buna görə də ilk öncə biznes proseslərinin təkrarlandığı hissələrə baxmaq lazımdır. Ən əvvəldən başlasaq, yaşayış binası tikib, satan şirkətlər üçün aşağıdakı təkrarlanan biznes proseslərini göstərmək olar. Bu tipli biznes proseslərini avtomatlaşdırmaq və xəta payını azaltmaq üçün […]

Baş verən yeniliklərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçin:


    Bir neçə ay içində biznesinizin inkişafına şahid olun.

    Şirkət
    • Haqqımızda
    • Proqram Təminatı
    • Əlaqə
    • +994 50 801 11 80
    Sosial Media
    • LinkedIn