Mənzil satışı biznes proseslərin avtomatlaşdırılması
Biznes proseslərinin avtomatlaşdırılması… Qulağa gözəl səslənir. İlk öncə ordan başlamaq lazımdır ki, tikintidə biznes proseslərini avtomatlaşdırılması iki ehtiyacdan yaranır.
- vaxt itkisinin
- Və baş verə biləcək xətaların qarşısının alınması
Buna görə də ilk öncə biznes proseslərinin təkrarlandığı hissələrə baxmaq lazımdır. Ən əvvəldən başlasaq, yaşayış binası tikib, satan şirkətlər üçün aşağıdakı təkrarlanan biznes proseslərini göstərmək olar.
- Potensial müştəri ilə əlaqə saxlanılması, ona kommersiya təklifinin verilməsi
- Satışa çevriləcəyi təqdirda, müştəri məlumatlarının qeyd olunması, mənzilin həmin müştəriyə təhvil verilməsi üçün müqavilə şərtlərinin formalaşdırılması, müqavilə hazırlanması, müştəri ilə imzalanması
- Borcların izlənilməsi və yığılması
- Kassanın idarə olunması və qəbzlərin formalaşdırılması
- Hesabatların daha yuxarı rəhbərlik tərəfindən izlənilməsi
- Və.s
Bu tipli biznes proseslərini avtomatlaşdırmaq və xəta payını azaltmaq üçün əsasən proqram təminatlarından istifadə olunur ki, həm məlumatların bir çoxu bir dəfə əlavə olunduqdan sonra avtomatik lazım olan hissələrə gedsin, həm də proqramın limitləmələri ilə baş verə biləcək xətalar azaldılsın.
Bu bloq mətnində Remartpro proqram təminatı üzərindən bu ehtiyaclar üzərindən gedəcəyik. Remartpro sırf yaşayış binalarının satışı və idarə olunması üçün modullar verir və sırf bu sferanı hədəflədiyi üçün ən kiçik biznes hallarını da artıq Remartpro-da əhatə olunub. Hazırda aşağıdakı funksionallıqlar tikintidə satış modulunu əhatə edir.
- Mənzillərə nəzarət
Remartpro vasitəsilə ilk olaraq mənzillərin siyahısına nəzarət və vəziyyəti saxlamaq üçün şərait yaradılıb. Burda bütün mənzillərinizi rahatlıqla filter edib tapa bilərsiniz.
- Satış pəncərəsi
Satış pəncərəsində mənzillərin müxtəliş şərtlərlə satışını həyata keçirtmək mümkündür. Satışı tamamladıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri ilə avtomatik müqavilə yaratmaq mümkündür. Əməliyyat tamamlandıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri üçün borclar yaranır.
- Borclular siyahısı
Borclular siyahısında qarşıdan gələn borcları, vaxtı keçmiş borcları, ödənilmiş məbləğləri və.s kimi detallı məlumatı əldə etmək mümkündür. Bu hissədən isə kassaya keçid etmək mümkündür.
- Kassa
Kassadan fərqli hallara uyğun olaraq, qaiməyə görə, qaimədən kənar mədaxil və məxaricləri idarə etmək mümkündür.
- Platforma daxilində hesabatlar, təsdiq əməliyyatları, media materialları və bu kimi biznes hallarını rahatlaşdıran funksionallıqlar mövcuddur
Daha detallı məlumat üçün bu linkdən əlaqə saxlaya bilərsiniz.