• Proqram Təminatı
  • Əlaqə
  • Blog Posts
Proqrama baxmaq
  • AZ
  • EN
Uncategorized

Mənzil satışı biznes proseslərin avtomatlaşdırılması

Oktyabr 28, 2024 Madat Alimadatli No comments yet

Biznes proseslərinin avtomatlaşdırılması… Qulağa gözəl səslənir. İlk öncə ordan başlamaq lazımdır ki, tikintidə biznes proseslərini avtomatlaşdırılması iki ehtiyacdan yaranır. 

  • vaxt itkisinin 
  • Və baş verə biləcək xətaların qarşısının alınması

Buna görə də ilk öncə biznes proseslərinin təkrarlandığı hissələrə baxmaq lazımdır. Ən əvvəldən başlasaq, yaşayış binası tikib, satan şirkətlər üçün aşağıdakı təkrarlanan biznes proseslərini göstərmək olar.

  • Potensial müştəri ilə əlaqə saxlanılması, ona kommersiya təklifinin verilməsi
  • Satışa çevriləcəyi təqdirda, müştəri məlumatlarının qeyd olunması, mənzilin həmin müştəriyə təhvil verilməsi üçün müqavilə şərtlərinin formalaşdırılması, müqavilə hazırlanması, müştəri ilə imzalanması
  • Borcların izlənilməsi və yığılması
  • Kassanın idarə olunması və qəbzlərin formalaşdırılması
  • Hesabatların daha yuxarı rəhbərlik tərəfindən izlənilməsi
  • Və.s

Bu tipli biznes proseslərini avtomatlaşdırmaq və xəta payını azaltmaq üçün əsasən proqram təminatlarından istifadə olunur ki, həm məlumatların bir çoxu bir dəfə əlavə olunduqdan sonra avtomatik lazım olan hissələrə gedsin, həm də proqramın limitləmələri ilə baş verə biləcək xətalar azaldılsın.

Bu bloq mətnində Remartpro proqram təminatı üzərindən bu ehtiyaclar üzərindən gedəcəyik. Remartpro sırf yaşayış binalarının satışı və idarə olunması üçün modullar verir və sırf bu sferanı hədəflədiyi üçün ən kiçik biznes hallarını da artıq Remartpro-da əhatə olunub. Hazırda aşağıdakı funksionallıqlar tikintidə satış modulunu əhatə edir.

  • Mənzillərə nəzarət

Remartpro vasitəsilə ilk olaraq mənzillərin siyahısına nəzarət və vəziyyəti saxlamaq üçün şərait yaradılıb. Burda bütün mənzillərinizi rahatlıqla filter edib tapa bilərsiniz.

  • Satış pəncərəsi

Satış pəncərəsində mənzillərin müxtəliş şərtlərlə satışını həyata keçirtmək mümkündür. Satışı tamamladıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri ilə avtomatik müqavilə yaratmaq mümkündür. Əməliyyat tamamlandıqdan sonra isə qeyd olunan şərtlər əsasında müştəri üçün borclar yaranır.

  • Borclular siyahısı

Borclular siyahısında qarşıdan gələn borcları, vaxtı keçmiş borcları, ödənilmiş məbləğləri və.s kimi detallı məlumatı əldə etmək mümkündür. Bu hissədən isə kassaya keçid etmək mümkündür. 

  • Kassa

Kassadan fərqli hallara uyğun olaraq, qaiməyə görə, qaimədən kənar mədaxil və məxaricləri idarə etmək mümkündür.

  • Platforma daxilində hesabatlar, təsdiq əməliyyatları, media materialları və bu kimi biznes hallarını rahatlaşdıran funksionallıqlar mövcuddur

Daha detallı məlumat üçün bu linkdən əlaqə saxlaya bilərsiniz.

  • bina satis idare etmesi
  • bina satis modulu
  • bina satış idarə etməsi
  • bina satış modulu
  • biznes proseslerinin avtomatlasdirilmasi
  • crm
  • satis proseslerinin avtomatlasdirilmasi
  • satisi idare etmek ucun proqram
  • satisin idare olunmasi
  • satisin idare olunmasi proqram
Madat Alimadatli

Yazı naviqasiyası

Previous

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

Categories

  • Uncategorized (2)

Recent posts

  • Mənzil satışı biznes proseslərin avtomatlaşdırılması
  • Yaşayış binaları üçün satış modulu təklif edən 3 proqram təminatı

Tags

bina satis idare etmesi bina satis modulu bina satış idarə etməsi bina satış modulu biznes proseslerinin avtomatlasdirilmasi crm satisi idare etmek ucun proqram satisin idare olunmasi satisin idare olunmasi proqram satis proseslerinin avtomatlasdirilmasi

Related posts

Uncategorized

Yaşayış binaları üçün satış modulu təklif edən 3 proqram təminatı

Oktyabr 21, 2024 Madat Alimadatli No comments yet

Yaşayış binası satışları ilə məşğul olan şirkətlər əməliyyatlarını idarə edərkən bir sıra çətinliklərlə üzləşirlər. Bu çətinliklərə mənzillərin idarə olunması, borcların izlənməsi, satış və mühasibatlıq komandaları arasında düzgün kommunikasiya təmin edilməsi daxildir. Əllə məlumatların daxil edilməsi, müqavilə idarəçiliyi və qərarların vaxtında verilməsi üçün lazımlı dashboardların olmaması prosesi daha da mürəkkəbləşdirir. Xoşbəxtlikdən, bu ümumi problemləri həll edən […]

Baş verən yeniliklərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçin:


    Bir neçə ay içində biznesinizin inkişafına şahid olun.

    Şirkət
    • Haqqımızda
    • Proqram Təminatı
    • Əlaqə
    • +994 50 801 11 80
    Sosial Media
    • LinkedIn